Şəfəqə Doğru » Manşet » Bağçalı AFAD-a 1 milyon lirə ianə etdi

Bağçalı AFAD-a 1 milyon lirə ianə etdi

Bağçalı AFAD-a 1 milyon lirə ianə etdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı zəlzələnin fəsadlarının aradan qaldırıması işləri üçün 1 milyon lirə ianə edib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Bağçalı tviter səhifəsində özü məlumat verib.

 

Onun sözlərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına 1 milyon lirə (90 300 manat) köçürüb.

 

Siyasətçi həmçinin qeyd edib ki, Ülkü Ocaqları da qanvermə aksiyası daxil olmaqla, zəlzələnin fəsadlarının aradan qaldırılması prosesində aktiv şəkildə iştirak edir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 5894 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 34 810 nəfərdir.