Şəfəqə Doğru » Manşet » "Ukraynadan sonra xəritədə Polşadır!" - Kadırov təhdid etdi

"Ukraynadan sonra xəritədə Polşadır!" - Kadırov təhdid etdi

"Ukraynadan sonra xəritədə Polşadır!" - Kadırov təhdid etdi
"Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı uğurla başa çatdırdıqdan sonra növbəti ölkəni demilitarizasiya və denasifikasiya etməyə başlayanda Varşava nə edəcək?.."
 


Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.


"Şeytanpərəstliklə mübarizə bütün Avropa boyunca, xüsusilə Polşa ərazisində davam etməlidir..."
 
Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti bəyanatla çıxış edərək, bu dəfə NATO blokuna daxil olan ölkəni-Polşanı açıq şəkildə təhdid edib.
 
Shafaqadogru.com xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "Nastoyaşşeye vremya" nəşri yayıb.
 
Onun fikrincə, Polşa hakimiyyəti tezliklə "öz sahiblərindən" silah tədarükü "xahiş edəcək", çünki özünün silahının bir hissəsini Ukraynaya verib. 
 
Post müəllifi ritorik sual edib ki, "Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı uğurla başa çatdırdıqdan sonra, guya, növbəti ölkəni demilitarizasiya və denasifikasiya etməyə başlayanda" Varşava nə edəcək?
 
"Axı, Ukraynadan sonra xəritədə Polşadır!", - Kadırov özü öz sualına cavab verib.
 
"Gizlətmirəm, şəxsən mənim belə bir niyyətim var, mən dəfələrlə bəyan etmişəm ki, şeytanpərəstliklə mübarizə bütün Avropa boyuca, ilk növbədə Polşa ərazisində davam etməlidir", - o, deyib.
 
Beləliklə, Çeçenistan rəhbəri təhdid etməkdə davam edib və bununla Polşa prezidenti Marçın Pşidaçın dəftərxanasının beynəlxalq siyasət bürosu rəhbərinin ABŞ-dan silah sifariş etmək qərarını şərh edib.
 
Kadırov qeyd edib ki, "iyul ayında Sileziyanın illik müxtariyyət Marşı keçiriləcək", bu region, Kadırovun fikrincə, "xüsusi müstəqillik statusuna layiqdir".
 
"Orada referendum son dərəcə zəruridir və onun keçirilməsində Rusiya təşkilati yardım göstərə bilər", - Çeçenistan rəhbəri bəyan edib və açıq şəkildə Rusiyanın dəfələrlə başqa dövlətlərin ərazisinin ilhaq ediməsi mexanizminə eyham vurub.
 
Xəbər verildiyi kimi, bu ilin yanvar ayında Polşanın baş naziri Mateuş Moravetski məlumat verib ki, Polşa hakimiyyəti sərəncamında olan "Leopard-2" alman tanklarının, hətta Almaniya təsdiq etməsə belə, Ukraynaya verilməsi variantını nəzərdən keçirir.