Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Qeyd olunub ki, təxliyə avtobusu bu gün, fevralın 9-da saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.