ABŞ administrasiyası Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra humanitar yardım üçün 85 milyon dollar ayırmaq niyyətindədir.
Shafaqadogru.com xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı məlumatda deyilir.
Agentlik aydınlaşdırır ki, vəsait humanitar təşkilatlar vasitəsilə zərər çəkmiş iki ölkədə "milyonlarla insana təcili ehtiyac duyulan yardımın çatdırılması üçün" yönəldiləcək.