Türkiyədə növbəti zəlzələ hadisəsi baş verib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə AFAD-ın tviter səhifəsində məlumat verilib.
Zəlzələ Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb. Rixter şkalası ilə 5 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10.5 kilometr dərinliyində yerləşib.
İtki və ya dağıntılarla bağlı məlumat verilməyib.