Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər bir binanın dağıntıları altında eyni anda sağ aşkarlanıb.
Shafaqadogru.com xəbər verir ki, möcüzə zəlzələdən 93 saat sonra baş verib.
Tapılan şəxslərin adları da məlum olub. Onlardan 6-sı Oqtay ailəsinin üzvləridir.
Məlumata görə, xilasedicilər həmin şəxslərin hər biri ilə əlaqə yarada bilib, onların dağıntılar altından çıxarılması üçün 5 saatdır işlər davam etdirilir. Hazırda isə zəlzələdən 98 saat keçib.
11:23
101 saatdan sonra 6 nəfər dağıntılar altından çıxarılıb. Digərlərinin xilas edilməsi ilə bağlı işlər davam etdirilir.