Şəfəqə Doğru » Manşet » Yaponiya ABŞ-dan qanadlı raketlər alır

Yaponiya ABŞ-dan qanadlı raketlər alır

Yaponiya ABŞ-dan qanadlı raketlər alır

Yaponiya hökuməti “Tomahawk” qanadlı raketlərinin alınması üçün ABŞ-la müqavilə bağlamaq niyyətindədir.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamadaya istinadla Kyodo agentliyi məlumat yayıb.

Bildirilib ki, Tokio 500-ə yaxın raket almağı planlaşdırır.

“Biz böyük miqdarda raketin alqı-satqısına dair müqavilə imzalamaq niyyətindəyik", - deyə nazir vurğulayıb.