Şəfəqə Doğru » Manşet » Bələdiyyələr maliyyənin çoxunu özlərinə xərcləyirlər - Deputat

Bələdiyyələr maliyyənin çoxunu özlərinə xərcləyirlər - Deputat

Bələdiyyələr maliyyənin çoxunu özlərinə xərcləyirlər - Deputat

Bələdiyyələrlə bağlı icra aparatlarının strukturu təsdiq olunmalıdır. 

 

 Shafaqadogru.com Modern.az-a isdinadən  xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov bildirib. 

 

O qeyd edib ki, belə olan halda bələdiyyələrdə özbaşınalıq olmayacaq:

 

"Nə qədər ki, bu səlahiyyətlər bələdiyyə sədrinin əlində olacaq, biz inkişaf əldə edə bilməyəcəyik. İcra strukturu təsdiq olunarsa, qanunvericiliyə uyğun işə qəbul keçirməyə məcbur olacaqlar. Bundan başqa hesabata baxanda görürük ki, ötən 9 ay ərzində bələdiyyələr maliyyənin daha çoxunu özlərinə xərcləyiblər. 34 milyon manata yaxın büdcə toplanıb. Amma 66,3 faizini özlərinə xərcləyiblər. Bu, ciddi rəqəmdir. Kənd təsərrüfatına, mədəniyyət, səhiyyə və s. sahələrə çox az hissə ayrılıb. Ona görə də bu özbaşınalıqlar aradan qaldırılmalıdır".