Türkiyədəki zəlzələdə dağıntılar altından 261 saat sonra daha iki nəfər sağ çıxarılıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə yerli media məlumaat yayıb.
Qeyd olunub ki, Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı dağıtılar altından sağ çıxarılıblar.
Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri “Twitter”də bildirib ki, həmin şəxslər Hatay Səhra Xəstəxanasına aparılıblar.