İctimai fəal Bəxtiyar Hacıyev fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
O bildirib ki, fevralın 16-da axşamüstü Bəxtiyar Hacıyev onunla telefon vasitəsilə əlaqə saxlayaraq, quru aclığa keçdiyini deyib.
“Bəxtiyar Hacıyev Müalicə Müəssisəsində ona qarşı rəftardan çox narazıdır. O bildirdi ki, Ombudsmana və ailəsinə zənglərinə məhdudiyyət qoyulub. Aidiyyəti yerlərə yazdığı ərizələri qəbul etmirlər. Daha doğrusu, həmin məktubların göndərilməsinə imkan verilmir. Bu gün (fevralın 16-da) valideyni ilə görüşməsinə imkan verməyiblər. Hədsiz dərəcədə psixoloji təsir altındadır. Dedi ki, bu gün günortadan etibarən quru aclığa keçib”, - deyə vəkil bildirib.