ABŞ Prezidenti Co Baydenin dünən Ukraynanın paytaxtı Kiyevə gözlənilmədən səfər etməsinin təfərrüatları məlum olub.
Shafaqadogru.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Baydenin səfəri məxfi qaydada hazırlanıb.
Hətta Ağ Ev və Pentaqonun bir çox nümayəndəsi də səfərdən xəbərsiz olub.
Agentlik yazır ki, Bayden səfər barədə yekun qərarı fevralın 17-si verib: “Co Baydenin təyyarəsi ilk olaraq Vaşinqtondan ABŞ-nin Almaniyadakı Ramştayn aviabazasına gəlib, daha sonra isə buradan Polşanın Jeşuva şəhərinə uçub. ABŞ lideri buradan isə qatarla Kiyevə yollanıb və yerli vaxtla səhər 08:00-da Ukrayna paytaxtına çatıb”.
Təyyarədə isə Prezidentlə yanaşı onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və iki jurnalist olub.
Sallivanın sözlərinə görə, ABŞ Co Baydenin Kiyevə səfərindən bir neçə saat əvvəl Rusiyanı bu barədə məlumatlandırıb. Burada məqsəd isə, hər hansı mübahisəli vəziyyətin yaranmasının qarşısını almaq olub.
Xatırladaq ki, Bayden fevralın 20-si gözlənilmədən Kiyevə səfər edib, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Həmçinin oxuyun: Учитель музыки играет на пианино после землетрясения - Видео