Şəfəqə Doğru » Manşet » ABŞ-da atışma zamanı jurnalist də daxil olmaqla 3 nəfər ölüb, yaralanan var

ABŞ-da atışma zamanı jurnalist də daxil olmaqla 3 nəfər ölüb, yaralanan var

ABŞ-da atışma zamanı jurnalist də daxil olmaqla 3 nəfər ölüb, yaralanan var

 

Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Oranc dairəsində baş verən atışmada azı üç nəfər ölüb.

Bu barədə yerli polis şöbəsinin tviiter səhifəsində yerləşdirilən məlumatda deyilir.

“19 yaşlı Keyt Melvin Moses üç nəfərin, o cümlədən 20 yaşlarında bir qadının, doqquz yaşlı qızın və “News 13” telekanalın əməkdaşının ölümü ilə nəticələnən bugünkü silsilə atışmalarda şübhəli bilinir”, - xəbərdə deyilir.

Şübhəli şəxs saxlanılıb.

“Associated Press”in məlumatına görə, jurnalist daha əvvəl bir qadın və bir qızın ölümü ilə nəticələnən atışma zamanı hadisə yerinin yaxınlığında ölüb. Telekanalın çəkiliş qrupunun daha bir üzvünün yaralandığı və vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.