Fevralın 21-nə keçən gecə Rusiyanın ekstremizm və terrorizmlə məşğul olan şəxslərin siyahısına daxil edilmiş çeçen bloqçu Tumso Abduraxmanov internetdə son üç aya yaxın müddətdə "Qayıdış" adlı ilk videosunu yerləşdirib.
Shafaqadogru.com xəbər verir ki, mühacirətdə olan Abdurahmanov Çeçenistan rəhbərliyinə və şəxsən Ramzan Kadırova qalmaqallı sərt tənqidi hücumlar sayəsində şöhrət qazanıb.
Bundan əvvəl çeçen mühacir resurslarında bloqçunun ötən il dekabrın 2-də yaşadığı İsveçdə ölümü ilə bağlı mesaj yayılıb. O cümlədən, Əbdürəhmanovun naməlum şəxslər tərəfindən güllələndiyi, onun qardaşı Məhəmmədin isə hazırda İsveç xüsusi xidmət orqanlarının mühafizəsi altında olduğu iddia edilir.
+Sultan Laçın