Şəfəqə Doğru » Manşet » Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var…

Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var…

Zəlzələ bölgəsində itkin düşən azərbaycanlılardan nə xəbər var…

Türkiyədə zəlzələ bölgəsində yaşayan və indiyədək xəbər alına bilinməyən azərbaycanlıların sayı ilə bağlı dəqiqləşdirilmə aparılır.  

 

Bunu  açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib. 

 

“Son məlumata görə, xəbər alına bilinməyən azərbaycanlıların sayı 2 nəfər idi. Onlarla bağlı dəqiqləşdirilmə aparılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək”, - səfirlik rəsmisi deyib. 

 

Aygün Qocayeva həmçinin azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinin davam etdirildiyini söyləyib.

 

“Türkiyədə zəlzələ bölgəsində yaşayan və zərərçəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir. Vətəndaşlar müraciət etdikcə təxliyələr həyata keçirilir”,- deyə o vurğulayıb.

 

Qeyd edək ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi ölkəyə gətirilib.