Türkiyənin İsparta şəhərində özəl uçuş məktəbinə məxsus təlim təyyarəsi Senir düzünə məcburi eniş edib.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı təlimatçı pilot və təlimçi xəsarət alıblar. Əraziyə xilasedicilər cəlb olunub.
Qeyd edilir ki, hadisəyə təyyarənin mühərrikində nasazlıq səbəb olub.