"Beynəlxalq hüquq burada, Ukrayna torpaqlarında qalib gələcək..."
"Krımın azad edilməsilə biz Rusiyanın xalqları istila etmək cəhdlərində tarixi noqtə qoyacağıq..."
Zelenski həftənin diplomatik yekunlarından danışıb
Ukrayna prezidenti Vladimir Zelenski fevralın 26-da axşam videomüraciətində həftənin doplomatik nəticələrindən danışıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə prezident Ofisinin mətbuat xdməti məlumat yayıb.
Bazar ertəsi, fevralın 20-də ABŞ prezidenti Co Bayden Kiyevə elan olunmayan səfərə gəlib. Həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva səfər edib.
Çərşənbə axşamı, fevralın 21-də İtaliyanın baş naziri Corca Meloni və ABŞ Konqresi Respublikaçılar Partiyasının xarici işlər üzrə komitənin sədri Maykl Makkolun başçılığı ilə nümayəndələri gəlib.
Çərşənbə günü, fevralın 22-də prezidentin Böyük Britaniyanın baş naziri Rişi Sunakla, həmçinin ikitərəfli münasibətlərin tarixində ilk dəfə olaraq Uqanda prezidenti Yoveri Museveni ilə telefon danışığı olub. Bundan başqa, o, Pakistan prezidenti Arif Alvi və Estoniya prezidenti Alar Karislə danışıb.
Cümə axşamı, fevralın 23-də İspaniyanın baş naziri Pedro Sançes Kiyevdə olub. Misir prezidenti Əbdul Fəttah əl-Sisi ilə söhbət olub. "Ukrayna üçün Birləşənlər" qlobal parlament şəbəkəsi nümayəndələri səfər edib. Bu, Avropa ölkələrinin 13 parlamenti və Avropa Parlamentidir. Nəhayət, BMT Baş Assambleyasında sülh və dövlətimizin ərazi bütövlüyü üzrə qətnaməmizin lehinə tarixi əhəmiyyəti olan səsverməni qeyd etmək lazımdır. 141 dövlət qətnaməni dəstəkləyib", - prezident deyib.
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ildönümündə Polşanın baş naziri Mateuş Moravetski Kiyevə gəlib. Moravetski elan edib ki, ilk "Leopard" tankları Ukraynaya daxil olub.
"Bu, aylarla gördüyünüz işlərin nəticəsidir. "Böyük yeddilər" dövlətləri liderlərinin görüşü baş tutub və Ukrayna bu iclasda iştirak edib. Ukrayna il ərzində mötəbər beynəlxalq formatların ənənəvi iştirakçısı olub", - dövlət başçısı bəyan edib.
Bu gün 30 il ərzində ilk dəfə olaraq Səudiyyə Ərəbistanı nümayəndə heyətinin rəsmi səfəri baş tutub.
"Səudiyyə Ərəbistanı Krallığı xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl-Saudla yaxşı görüşümüz olub. Bu, dövlət nümayəndəsi səviyyəsində ilk rəsmi səfərdir. Əlbəttə, biz daha yüksək səviyyədə səfərlər və münasibətlər üzərində işləyirik. Lakin indi, nəhayət, qarşılıqlı əlaqədəyik", - dövlət başçısı deyib.
O, əlavə edib ki, əməkdaşllğın, o cümlədən, əsirlərin azad edilməsi məsələsində ilk nəticələr var.
"Bu, bir həftəmizdir. Və bu, yenidən dövlətimiz, döyüşçülərimiz, beynəlxalq aləmdə mövqelərimizin möhkəmkənməsi deməkdir", - Zelenski deyib.
"Zelenski rusiyalılara qarşı Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) yeni sanksiyalarını elan edib"
Terrorçu dövlətə təzyiqimiz davam edəcək.
"Dövlətimizin müharibənin aparılması, həyatın və insanlarn məhv edilməsində əli olan və Rusiyaya kömək edənlərə qarşı sanksiyalar üzrə yeni qərarları var. MTMŞ-nin qərarlarının gerçəkləşməsi üçün üç fərman verilib.
Sanksiyalar Ukrayna uşaqlarının oğurlanmasında əli olan rusiyalılara aiddir. Həmçinin "idmanı təcavüzün xidmətinə çevirməyə" cəhd edən Rusiyanın idman sahəsinin nümayəndələrinə qarşı məhduiyyətlər tətbiq ediləcək, Zelenski deyib.
Bundan başqa, sanksiyalar Rusiyada Ukraynaya qarşı müharibə üçün "muzdlular qurumları saxlamağa" kömək edənlərə qarşı tətbiq ediləcək.
"Ukraynanın təzyiqi davam edəcək. Dünyanın terrorçu dövlətə təzyiqi davam edəcək", - dövlət başçısı deyib.
"Krımı azad etməklə biz Rusiyanın ukrynalıların və onun iddia etdiyi digər xalqların həyatını pozmağa yönələn istənilən cəhdlərində tarixi nöqtə qoyacağıq", - Zelenski fevralın 26-da, Krım Muxtar Respublikasının və Sevastopolun işğalına müqavimət Günündə deyib.
"2014-cü ildə Rusiyanın təcavüzü məhz Krımın zəbt edilməsindən başlayıb. Məntiqlə Krımın azad edilməsilə biz Rusiyanın ukraynalıların və Avropanın, Asiyanın, nə zamansa Kremlin istila etməyə iddia edən digər xalqların həyatını pozmağa yönələn istənilən cəhdlərində tarixi nöqtə qoymuş olacağıq. Beynəlxalq hüquq məhz burada, Ukrayna torpaqlarında-Donbasda, Azov ətrafında, Xerson vilayətində və Krımda qalib gələcək", - prezident deyib.
O, qələbəni yaxınlaşdıran və işğal edilmiş ərazilərdə insanlara yardım edənlərin hamısına minnətdarlığını bildirib.