Ürək xəstəlikləri və xərçəngə səbəb ola biləcək piylənmənin ciddi şəkildə artmasına diqqət çəkən mütəxəssislər, lazımi tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq ediblər. Ümumdünya Piylənmə Federasiyası (WOF) insan sağlamlığı üçün təəccüblü nəticələr verən bir araşdırma aparıb. Hazırda təxminən 2.6 milyard insan və ya dünya əhalisinin 38 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Ancaq bu rəqəmin 12 il sonra 4 milyard nəfərə çatacağı və 51 faiz olacağı gözlənilir. Qeyd olunub ki, uşaqlar və gənclər arasında piylənmə böyüklərə nisbətən artmağa meyllidir. 2035-ci ilə qədər bu vəziyyətin iki dəfə artacağı gözlənilir. Bədən kütləsi indeksi 25 olanlar artıq çəkili hesab olunurlar. 30 yaşında olanlar obez olaraq təyin olunur. Sübutlar göstərir ki, piylənmə xərçəng, eləcə də ürək və digər xəstəliklər riskini artırır.