Şəfəqə Doğru » Manşet » Gədəbəy rayon Mərkəzi Xəstəxanasında “oklad” DAVASI

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında “oklad” DAVASI

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında “oklad” DAVASI

Bir müddət əvvəl Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi. Əvvəlki baş həkim Firdovsi Sarıyev isə xəstəxanaya direktor vəzifəsinə təyin edildi.

E.Hüseynov 20 ildən çox hərbidə həkim kimi çalışıb. Kapitan rütbəsi ilə ehtiyata buraxılıb. 20 ilə kapitan olmaq da hər zabitin işi deyil.

TƏBİB-in, İcbari Tibbi Sığortanın və qismən də Səhiyyə Nazirliyinin birgə yaratdığı qanuna əsasən xəstəxanalarda idarəetmə baş həkim aiddir. Lakin baş həkimə nəzarət direktorun səlahiyyətinə daxildir. Məsələn, baş həkim kimisə işdən azad etmək üçün direktora təqdimat verir. Yekun qərarı direktor verir. Direktor isə baş həkimin işinə tam müdaxilə edə bilmir. Bir sözlə qarışıq bir daxili nizamnamə yaradılıb.

Uzun müddət hərbi sistemdə çalışan Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasında hərbi qanunlar formalaşdırmağa çalışır. Əhaliyə və xəstəxana əməkdaşlarına divan tutur. Hərbi komandir əsgəri ayaqüstə saxladığı kimi E.Hüseynov da işçiləri və vətəndaşları ayaqüstə saxlayır. Hətta, bundan həzz alaraq ayağını ayağının üstünə qoyaraq damağına da bir siqaret qoyur. Dövlətin Etibar həkimə verdiyi xidməti otaqda çayxana abu-havası yaradır. Vətəndaş da siqaretin qurtarmasını gözləyir ki, bəlkə işi düzələ.

Xüsusilə qeyd edim ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında 60-dan çox həkim çatışmazlığı var. Universitet bitirən həkimlər relyefinə, şəraitinə, mərkəzdən uzaq olduğuna görə Gədəbəydə işləmək istəmirlər. Fürsət tapan qaçır. 60-dan çox həkim çatışmayan xəstəxanada eyni işləri 40 həkim görür. TibbinTəcili Yardıma növbəyə çıxan, Hərbi Həkim Komissiyasında xidmət edən, Tibbi Sosial Ekspertiza Komissiyasının üzvləri, sahə həkimləri, kəndlərin baş həkimləri, gündəlik insanlara xidmət göstərən eyni adamlardır. Yəni, həkim çatışmazlığından bir neçə vəzifəni bir həkimə tapşırıblar. Belə olan halda həkimlərin əksəriyyətinə məvacib “oklad”(maaş) yarım yazıılır. Yəni, həkimin maaşı 400 manatdırsa, əlavə xidmətlərə cəlb olunduğuna görə, aldığı maaşın yarısı qədər də əlavə verilir. 400+200 fomatında.

Yeni baş həkim E.Hüseynov yarım “oklad”ın kəsilməsi üçün direktora təqdimat yazır. Xəstəxananın direktoru Firdovsi Sarıyev də təqdimatı müsbət qiymətləndirirək bütün yarım “oklad” alanları kəsir. Baş həkim də daxil. Bu zaman həngamə başlayır. Etibar Hüseynov özünün yarım “oklad”ının kəsilməsinə göz yummur. Direktordan bərpasını tələb edir və bacarır da. Yekunda yarım “oklad”ı kəsilən həkimlər və baş həkimin yarım “oklad”ı bərpa edilir.

Sual yaranır ki, damağında siqaret otaqda pöhrələnən baş həkim yarım “oklad” almalıdır, amma sahələrdə, kəndlərdə, 3-4 vəzifə tapşırılan həkimlər yarım “oklad” almamalıdır. Niyə də niyə?

Bu azmış kimi Etibar həkim öz adamlarına nömrəli pul verərək həkimlərin qəbuluna göndərir. Hansı həkim alarsa, torbası hazırdı. Sanki əsgərlikdə “dedovşinalar” yeni gələn “maladoyların” pulunu almaq üçün taktika işlədir.

Eyni zamanda bülleten və göndəriş(naprableniya) məsələsində xəstələrə büokratik əngəl yaradır.

Həftənin hər 5-ci günü xəstəxananın iclasında həkimlərlə qırğına çıxır.

Qeyd etdiklərim olanların bir qismidir. Baş həkimin hoqqalarına tap gətirməyən 10-a yaxın həkim qonşu rayonlarda iş axtarırlar. 60-dan çox həkimi çatışmayan və cəmi 40 həkimi olanda Gədəbəy rayon Mərkəzi Xəstəxanasında yaxınlarda baş həkim Etibar Hüseynov, direktor Firdovsi Sarıyev, bir də qapıdakı mühafizəçi qalacaq.

Görünür, Etibar həkim xəstəxanada ya hərbi rejim yaratmaq istəyir, ya da verdiyini(ola bilər vəd verdiyini) çıxartmağa çalışır.

Xüsusilə bildirim ki, kimsə düşünər və deyə bilər ki, Etibar Hüseyov hərbidə vicdanla xidmət edib. O adama E.Hüseynov adı keçən məhkəmə sənədi göstərə bilərəm və sübut edərəm ki, vicdanlı xidmət belə olmur.sarkazm.az