Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında intihar edən şəxsin müəllim olduğu üzə çıxıb.
Shafaqadogru.com qafqazinfo-ya istinadən xəbər verir ki, estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini, 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.
İlkin ehtimala görə, R.Rəhimov ailədaxili problemləri ilə əlaqədar həyatına son qoyub.
Faktla bağlı araşdırmalar davam etdirilir.