Şəfəqə Doğru » Manşet » Erməni deputat Ordumuzun əməliyyatı haqda: Bu gün səhər…

Erməni deputat Ordumuzun əməliyyatı haqda: Bu gün səhər…

Erməni deputat Ordumuzun əməliyyatı haqda: Bu gün səhər…

"Azərbaycan Xankəndi-Turşsu yolunda özünə lazım olan qədər irəliləyib və onların bu istiqamətdə gələcəkdə irəliləməsi üçün elə bir böyük maneə yoxdur".

Bunu erməni deputat Tiqran Abramyan deyib.

"Onlar irəlidə yerləşib, gücləndirmə işləri aparıb, vacib yola nəzarəti təmin ediblər, yerdə qalanlar isə ikincidərəcəli məsələlərdir. Edilməli şeylərin hamısı bu gün səhər edilməli idi. Presedent nöqteyi-nəzərindən azərbaycanlıların son 2,5 ildə girdikləri yerdən çıxmamaları ilə bağlı kifayət qədər nümunə mövcuddur. Belə çətin situasiyaların biri digərini izləməyə davam edəcək, çünki Azərbaycana qarşı ciddi, uzunmüddətli müqavimət strategiyası yoxdur", – o bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Ordusu Xankəndiyə qanunsuz silah daşınması üçün istifadə edilən Xankəndi-Turşsu-Xəlfəli yolunda lokal nəzarət tədbirləri görüb. Ordumuzun bu addımı separatçılar arasında təşvişi artırıb./Pia