Avropada terror aktlarının planlaşdırılmaq istəyən İŞİD-in liderlərindən biri Suriyada məhv edilib.
Shafaqadogru.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Məlumata əsasən, İŞİD liderlərindən olan Xalid Ayad Əhməd əl-Cabur Avropa ölkələrində rəhbərlik strukturu hazırlayır. ABŞ hesab edir ki, onun ölümü İŞİD-in müvəqqəti olaraq xaricdə hücumlar planlaşdıra bilməyəcəyinə gətirib çıxaracaq.
Komandanlıq həmçinin əməliyyat zamanı mülki vətəndaşların xəsarət almadığını da bildirib.
Ötən ilin dekabrında İslam Dövləti qruplaşmasının lideri Əbu əl-Həsən əl-Qureyişinin Suriyada öldürüldüyü barədə məlumat yayılmışdı.
May ayında İraq Milli Kəşfiyyatı İŞİD lideri Abdullah Kardaşın mümkün varisinin həbs olunduğunu bildirmişdi.