Şəfəqə Doğru » Manşet » Üçüncü Dünya Müharibəsi, “ABŞ cəhənnəmə gedir” - Donald Trampdan müəmmalı paylaşım

Üçüncü Dünya Müharibəsi, “ABŞ cəhənnəmə gedir” - Donald Trampdan müəmmalı paylaşım

Üçüncü Dünya Müharibəsi, “ABŞ cəhənnəmə gedir” - Donald Trampdan müəmmalı paylaşım

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində müəmmalı paylaşım edib.

 

Shafaqadogru.com  bildirir ki, üç sözdən ibarət heç bir izah vermədən paylaşdığı yazıda o, daimi nüvə silahı təhlükəsi ilə bağlı böyük dünya münaqişəsinin olacağını proqnozlaşdıraraq “üçüncü dünya müharibəsi”nə işarə edib.
 

"Üçüncü Dünya Müharibəsi" deyən Tramp əlavə təfərrüatlar vermədən paylaşımı yığcam şəkildə yazıb.


"Sizcə bu, tamamilə normal Pasxa bazar günü təbriki deyilmi?" - vəkil və aparıcı mühafizəkar Tramp tənqidçisi Corc Konvey Tvitter hesabında yazıb.


“NBC News”un müxbiri Ben Kollinz də ABŞ-ın 45-ci prezidentinin tvitinə diqqət çəkib.
 

"Mən bilirəm ki, insanların çoxu buna əhəmiyyət vermir, amma Tramp heç bir kontekst olmadan TruthSocial-da belə şeylər paylaşır. Bu, bir saat əvvəl olub"-deyə o bildirib.


 

Qeyd edək ki, aprelin əvvəlində Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası dövründə üçüncü dünya müharibəsinin başlanması ehtimalını açıqlayıb. Tramp bildirib ki, nüvə silahından istifadə ilə bağlı əvvəllər heç vaxt olmayan açıq təhdidlər məhz nüvə müharibəsinə gətirib çıxara bilər.


Xatırladaq ki, Amerikanın həftəlik “TIME” jurnalı üz qabığında Donald Trampın barmaq izi olan illüstrasiya yerləşdirilib. Martın 30-da Manhetten prokurorluğu ABŞ-ın keçmiş prezidentinə porno ulduz Stormi Danielsə rüşvət vermək cəhdi ilə bağlı ittiham irəli sürüb.
 

Donald Tramp 34 maddənin heç birinə görə özünü təqsirli bilməyib.

Floridadakı Mar-a-Laqo iqamətgahında çıxışı zamanı Tramp bildirib ki : “ABŞ cəhənnəmə gedir”.

 


Nyu Yorkdakı məhkəmə iclasından dərhal sonra Mar-a-Laqoya uçan Tramp iqamətgahında pərəstişkarları qarşısında çıxış edən zaman törətdiyi yeganə cinayətin ölkəsinə kömək etmək olduğunu bildirib.
 

Tramp həmçinin bildirib ki, ona qarşı irəli sürülən bütün ittihamlar “partizan hücumu”dur.
 

Çıxışı zamanı “Ölkəmiz cəhənnəmə gedir” deyən siyasətçi çıxışında ona qarşı heç bir tutarlı sübut olmadığını deyən adı açıqlanmayan analitiklərə də istinad edib.
 

“Bütün ekspert və hüquq analitikləri heç bir işin olmadığını bildirdi”.
 

Tramp Manhetten dairəsinin prokuroru Alvin Bragg haqqında da mənfi fikirlər səsləndirib. Onu əsl cinayətkar adlandırıb. Trampın fikrincə, mətbuata məlumat sızması cinayət təqibinə və ya ən azı istefaya səbəb olmalıdır.
 

Bundan əlavə, Donald Tramp çıxışı zamanı bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ölkə tarixində ən biabırçı məqamdır. Onun fikrincə, Co Bayden administrasiyası dünyanı Üçüncü dünya nüvə müharibəsinə apara bilər.

"İndi görünməmiş miqyasda seçkilərə kütləvi müdaxilə var"-deyə o sərt fikirlər səsləndirib.