Şəfəqə Doğru » Manşet » Şəhid Elşad Həsənov Ağstafada dəfn edildi — YENİLƏNİB (FOTOLAR)

Şəhid Elşad Həsənov Ağstafada dəfn edildi — YENİLƏNİB (FOTOLAR)

Şəhid Elşad Həsənov Ağstafada dəfn edildi — YENİLƏNİB (FOTOLAR)
Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.

Apa-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

***
12:00

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir.


Apa-nın yerli bürosunun məlumatına görə, şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimindən yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.

Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.