Şəfəqə Doğru » Manşet » Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu — FOTO

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu — FOTO

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu — FOTO
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində polislə vətəndaşlar arasında insident baş verib.

Shafaqadogru.com  APA-ya istinadən xəbər verir ki, hadisə polisin “Opel” markalı avtomobilə “saxla” əmri verməsindən sonra baş verib. Məlumata görə avtomobilin sürücüsü sürəti artıraraq ərazidən qaçmağa çalışıb, lakin nəqliyyat vasitəsinin idarəetməsini itirərək Daştəpə kəndindəki körpüdən maşını aşırıb.

Şahidlərin sözlərinə görə avtomobildə olan 3 nəfər və bəzi kənd sakinləri hadisə yerinə gələn polis patrulu maşınını daşlamağa başlayıb. Nəticədə polisə avtomobilinə ziyan dəyib. Daha sonra isə polisi müdafiə edən sakinlərlə əks tərəf arasında fiziki qarşıdurma baş verib.

Avtomobilin sürücüsünün sərxoş olduğu bildirilib.