Şəfəqə Doğru » Manşet » Ərdoğan Kılıçdaroğluna “Togg” hədiyyə etmədi: Pulunu verib alar

Ərdoğan Kılıçdaroğluna “Togg” hədiyyə etmədi: Pulunu verib alar

Ərdoğan Kılıçdaroğluna “Togg” hədiyyə etmədi: Pulunu verib alar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı seçkilərdə rəqibi, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğluna "Togg" maşınının hədiyyə edilməsi barədə sualı cavablandırıb.

 

Shafaqadogru.com  xəbər verir ki, "Kanal D"nin qonağı olan Ərdoğana jurnalist belə bir sual verib: "Kemal Kılıçdaroğluna da "Togg" hədiyyə etməyi düşünürsünüzmü?".

 

Ərdoğan isə cavabında deyib: "Pulunu verər, alar. Kılıçdaroğluna dedim ki, buyur zavoda gəl, səni sənaye və texnologiya nazirim qarşılasın, gəzdirsin. Gəlmədi".

 

Qeyd edək ki, Türkiyədə 14 mayda prezident və parlament seçkiləri keçiriləcək. Ərdoğan "Togg" maşınını Azərbaycan və Özbəkistan prezidentlərinə hədiyyə verib.