Şəfəqə Doğru » Manşet » Rusiyanın zərbəsi nəticəsində Slavyanskda ölənlərin sayı 15-ə çatıb

Rusiyanın zərbəsi nəticəsində Slavyanskda ölənlərin sayı 15-ə çatıb

Rusiyanın zərbəsi nəticəsində Slavyanskda ölənlərin sayı 15-ə çatıb

Slavyanskda beşmərtəbəli binada axtarış-xilasetmə işləri başa çatıb, ümumilikdə Rusiyanın aprelin 14-də şəhərə endirdiyi zərbə nəticəsində 15 nəfər ölüb, 24 nəfər yaralanıb.

“Report” xəbərə verir ki, bu barədə Donetsk Vilayət Dövlət Administrasiyasının başçısı Pavel Kirilenko teleqramda bildirib.

“Dəqiqləşdirilmiş məlumatlara görə, dağıntılar altından 15 nəfər çıxarılıb: 5-ni (o cümlədən 14 yaşlı qız) qurtarmaq mümkün olub, 10 nəfər (aralarında 2 yaşlı oğlan olub) ölüb”, - o qeyd edib.

Kirilenko xatırladıb ki, aprelin 14-də rusiyalılar “S-300” hava hücumundan müdafiə sistemindən şəhərə 8 raket ataraq, Slavyanska böyük raket hücumu həyata keçiriblər.

Bu hücum nəticəsində ümumilikdə 15 nəfər ölüb, 24-ü yaralanıb.