Şəfəqə Doğru » Manşet » Ermənistanın ombudsmanı saxlanılan hərbçilərimizlə görüşüb

Ermənistanın ombudsmanı saxlanılan hərbçilərimizlə görüşüb

Ermənistanın ombudsmanı saxlanılan hərbçilərimizlə görüşüb

Ermənistanın ombudsmanı Anait Manasyan dumanda azaraq bu ölkəyə keçən və ağır işgəncələrə məruz qalan əsgərlərimiz - Hüseyn Axundov və Aqşin Bəbirovla görüşüb. 


Shafaqadogru.com erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İnsan Hüquqları Müdafiə İdarəsinin mətbuat xidməti məlumat yayıb.


Manasyan iddia edib ki, əsgərlərimiz işgəncə və pis rəftarla bağlı şikayət etməyiblər. O, hərbçilərimizin saxlanma şəraiti ilə tanış olub.


Ombudsmanı aparatın mütəxəssis həkimi müşayiət edib.


Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçimizin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisianın Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Digər hərbçimiz isə Zəngəzur bölgəsində tutulub.