Şəfəqə Doğru » Manşet » Sudanda toqquşmalarda ölənlərin sayı 100-ə çatıb

Sudanda toqquşmalarda ölənlərin sayı 100-ə çatıb

Sudanda toqquşmalarda ölənlərin sayı 100-ə çatıb

Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında davam edən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Bu barədə “France24“ agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ölkənin bəzi xəstəxanalarında yaralıların müalicəsi üçün vacib tibbi ləvazimatlar, qan, dərmanlar və s. tükənmək üzrədir.

Sudanın bir sıra əyalətlərində hazırda toqquşmalar və atışmalar davam edir.

Ölkədə vəziyyət getdikcə daha da kəskinləşir, tərəflər humanitar dəhlizlərin açılmasına razılıq versələr də, danışıqlara və hərbi əməliyyatların dayandırılmasına hazır olduqlarını bəyan etmirlər.