"Prezident Rəcəb Tayyib Ərdoğan kimi siyasi liderlər dünyaya yüz ildə bir gələr".
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, Türkiyə heç vaxt indiki qədər azad, müstəqil və demokratik olmayıb:
"Türkiyə xalqı yeni seçkilərdə bu fürsəti qaçırmamalıdır. Əgər bu fürsəti qaçırsaq, çox geriləyəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan dünya siyasətini ovucunun içi kimi bilir. Kimin hansı oyun qurduğunu mükəmməl bilir. Bu gün bunu çox konkret demək istəyirəm ki, Türkiyə tamam fərqli bir istiqamətdə irəliləyir".