Yəmənin paytaxtı Sənada basabasda azı 78 nəfər ölüb, onlarla insan yaralanıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə husilərin nəzarəti altında olan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə Sənanın mərkəzindəki Köhnə şəhərdə yüzlərlə yoxsul, sahibkarların təşkil etdiyi tədbirə toplaşarkən baş verib.
Qeyd olunub ki, husilər kütləni nəzarət altına almaq üçün havaya atəş açıblar. Lakin atəş elektrik xətlərinə tuş gəldiyinə görə partlamaya yol açıb. Bu isə insanlar arasında təlaşa səbəb olub.
Eyni zamanda, digər mənbələrdə 80 nəfərin öldüyü, 120 nəfərin yaralandığı bildirilib. Paylanan məbləğin 9 dollar olduğu deyilir.