Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edən şəxs Rusiya Prezidenti Vladimir Putin yox, onun oxşarlarından biri olub.
Shafaqadoğru.com xəbər verir ki, bu qənaətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov milli xəbər marafonunun efirində gəlib.
“Birincisi, Putin-filan orada olmayıb. Bu, açıq-aydın məlum şeydir. Gerçək Putinlə ünsiyyətə girmək üçün azı 10-14 gün karantində keçirməlisiniz. Putin-filan orada olmayıb. Adi oxşarı olub. Onların sayı bir deyil – bu da həmçinin aydın məsələdir”, - o qeyd edib.
Danilovun fikrincə, Putin “qorxmuş insandır” və onun bu cür səfər etməsini düşünmək mümkün deyil.
MTMŞ katibi əcnəbi qonaqların Rusiya rəhbəri ilə görüşdə masa arxasında hansı məsafədə oturdulğunu xatırladıb. Həmçinin diqqət çəkib ki, Putinin səfərləri “1-2 həftə” öncədən start götürən hazırlıq prosedurudur ki, “burada hər hansısa ekspromtlar çoxdan yoxdur”.
“Bu, istənilən vaxt cəbhə xəttinə baş çəkə, birbaşa hərbçilərimizin yanında ola bilən prezidentimizin tam əksidir. Bizim fərqimiz budur. Tezliklə özündən də qorxacaq bunker babası Putindən fərqimizdir”, - Danilov vurğulayıb.//Report