Şəfəqə Doğru » Manşet » Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Ötən sutka ərzində Rusiya ordusu 26 ədəd “Şahid” dronundan istifadə ediblər. Onlardan 21-i məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin gündəlik xülasəsində qeyd olunub.

Bildirilib ki, quruda Ukrayna hərbçiləri qarşı tərəfin 55-dən çox hücumunu dəf edib.

Qeyd olunub ki, Baxmut istiqamətində Baxmut və Xromovo uğrunda ağır döyüşlər.

Avdeyevka istiqamətində Rusiya tərəfindən Avdeevka, Vodyanı və Pervomayski ərazilərində irəliləmək cəhdləri olub.

Maryinka istiqamətində Maryinka və Pobeda ərazilərində çoxsaylı hücumlar.

Şaxtyorsk istiqamətində Uqledara tərəf həmlələr gerçəkləşdirilib.