“ABŞ İranın pilotsuz uçuş aparatları və digər hərbi proqramlarını dəstəkləyən şəbəkənin üzvü kimi tanınan bir şəxs və altı təşkilata sanksiya tətbiq edib”.
Shafaqadogru.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin məhdudlaşdırıcı tədbirləri “Pardazan Systems” şirkətinin icraçı direktoru olan və şirkət tərəfindən sanksiyalardan yayınmağa cavabdeh olan İran vətəndaşı Mehdi Xoşqədəmə də aiddir.
“İranın pilotsuz təyyarələr və digər silahların yayılması Yaxın Şərqdə və ondan kənarda sabitliyi pozmağa davam edir”, - Nazirliyin bəyanatında qeyd olunub.