Şəfəqə Doğru » Manşet » Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? — Ata təsdiqlədi: “Burda nə var ki…”

Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? — Ata təsdiqlədi: “Burda nə var ki…”

Şəhidin nişanlısı onun qardaşı ilə evlənir? — Ata təsdiqlədi: “Burda nə var ki…”

Bu gün sosial şəbəkələrdə, bir çox “instagram” və “Tik-tok” səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

Shafaqadogru.com Demokrat.az-a isdinadən   xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün azxeber.com əməkdaşı şəhidin atası Arif Mustafayevlə əlaqə saxlayıb.

Şəhid atası məlumatın doğru olduğunu bildirib: “Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki?

O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib:”Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb”.

Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.