Şəfəqə Doğru » Manşet » Qarabağdakı separatçılar üç yerə bölündü: - Arayik, Ruben və Samvel yol getmirlər

Qarabağdakı separatçılar üç yerə bölündü: - Arayik, Ruben və Samvel yol getmirlər

Qarabağdakı separatçılar üç yerə bölündü: - Arayik, Ruben və Samvel yol getmirlər
Qarabağdakı erməni separatçılar 3 yerə bölünüblər. Shafaqadogru.com -un məlumatına görə, JAMAZ.İNFO “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, parçalanma Arayik Harutyunyan, Samvel Babayan və Ruben Vardanyan arasında baş verib.

Həmin məlumata görə, Babayan və Vardanyan davamlı olaraq Qarabağdakı erməni icmasının nümayəndələri ilə görüşlər keçirirlər. Bununla da özləri üçün baza yaratmağa çalışırlar.

Qəzet yazır ki, Samvel Babayan daha çox fəaldır. Hətta onun seçkiqabağı əhval-ruhiyyədə olduğu deyilir. “Babayan qərargah təşkil edib. Müxtəlif romatlarda yerli icmalar və siyasi fəallarla görüşlər keçirir. Hətta o, Qarabağdakı erməniləri küçələrə çıxaraq, etiraz aksiyaları keçirməyə çağırır”.

Digər erməni nəşrləri isə yazırlar ki, “üç muşketyor”un bir araya gələ bilməməsi Qarabağ ermənilərinin də parçalanmasına, yekunda isə toqquşmasına gətirib çıxaracaq.