Şəfəqə Doğru » Manşet » "Saakaşvilinin sağlamlıq vəziyyəti cəza çəkməyə imkan vermir və ölümcül təhlükəlidir"

"Saakaşvilinin sağlamlıq vəziyyəti cəza çəkməyə imkan vermir və ölümcül təhlükəlidir"

"Saakaşvilinin sağlamlıq vəziyyəti cəza çəkməyə imkan vermir və ölümcül təhlükəlidir"

"Kritik vəziyyətdə olan pasiyentlər həkimlərini seçmir..."

 

Gürcüstanın sabiq prezidentinin sağlamlıq vəziyyəti dəyişməyib, o, mütəxəssislərin tövsiyələrinə əməl etməkdən və artıq üçüncü müalicə həkimindən imtina edib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Vivamed" klinikasının direktoru  Zurab Çxaidze məlumat verib. Məlumatı "kavkaz-uzel.eu" nəşri yayıb.

O, bəyan edib ki, Mixail Saakaşvili növbəti, üçüncü müalicə həkimindən imtina edib", - bunu aprelin 29-da "Qruziya-onlayn" yazıb.

Onun sözlərinə görə, həkim Saakaşvilinin sağlamlıq vəziyyəti barədə obyektiv bəyanat verib, bu da onda əsəbilik və müqavimət yaradır, həkimlərə stres şəraitində işləmək lazım gəlir.

Həkim də həmçinin Saakaşvilinin sağlamlıq vəziyyəti haqqında məlumat verib və onun dəyişmədiyini deyib. Bu zaman kritik vəziyyətdə olan pasiyentlər həkimlərini seçmir, o, vurğulayıb.

"Mixail Saakaşvilinin sağlamlıq vəziyyətinin kliniki gedişi praktiki olaraq dəyişməyib və iki gün ərzində "Vivamed"in əməkdaşları bunu sübut etməyə məcburdur", - nəşr onun sözlərindən iqtibas gətirib.

"Qafqaz qovşağı"nın yazdığına görə, aprelin 11-də bəlli olub ki, Gürcüstanın üçüncü prezidenti Mixail Şaakaşvilinin müdafiəsi Avropa İnsan Haqları Şurasına müraciət edərək onun sağlamlığına düzəlməz zərər vurulmasına yol verməməyi tələb edib. 

Bundan bir həftə öncə ombudsman tərəfindən çağırılan həkimlər konsiliumu elan edib ki, son müayinədən keçən müddətdən bəri Saakaşvilinin vəziyyəti pisləşib. O, çəkisini itirib, onda orqanizmin tükənməsi diaqnozu qoyulub, psixi funksiyaları aşağı düşüb.

Fevralın 6-da Tbilisi məhkəməsi cəzanın icrasını təxirə salmaqdan və ya Saakaşvilini azad etməkdən imtina edib. 

Bundan öncə, yanvarın 9-da amerikalı nevropatoloq məhkəmədə bəyan edib ki, Saakaşvilinin vəziyyəti cəza çəkməyə imkan vermir və ölümcül təhlükəlidir. Saakaşvilidə demensiya, periferik sinir sisteminin zədələnməsi, onurğa beyninin sıxılması, posttravmatik stres pozuntusu aşkar edilib. 

Martın 2-də Apellyasiya Məhkəməsi Tbilisi şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Saakaşvili 2021-ci ilin payızında Gürcüstana qayıdıb və həbs edilib, çünki ölkəsində iki cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həbs ediləndən sonra Saakaşvilinin müdafiəsi dəfələrlə onun sağlamlıq vəziyyətinin təhlükəli olduğunu bəyan edib, bu barədə "Qafqaz qovşağı"nın "Saakaşvilinin aclığı: onun vəziyyəti barədə nələr bəllidir" adlı arayışında deyilir.