Prezident Ərdoğan bu dəfə Daxili İşlər naziri vəzifəsinə Süleyman Soylunu təyin etməyəcək.
Shafaqadogru.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan andiçmə mərasimindən sonra axşam saatlarında yeni kabinet üzvlərini açıqlayacaq.
Məlumata görə, Ərdoğan bu dəfə Süleyman Soylunun yerinə Ankara valisi Vasip Şahini təyin edəcək.
Digər iddiaya görə, Ərdoğan vitse-prezidentlərin sayını da artıaracaq: "O, vitse-prezidentlərin sayını 1-dən 5-dək artıracaq. Prezidentin Cumhur İttifaqının üzvləri olan MHP lidri Dövlət Baxçalı, YenidənRifah Partiyasının sədri Fatih Ərbakan və BBP lideri Mustafa Dəstəçiyə vitse-prezident postları verəcəyi gözlənilir. Bundan əlavə, sabiq maliyyə naziri və ya başqa bir iqtisadçı da vitse-prezident postuna gərtirləcək".
Tahir Şəlvəli