Şəfəqə Doğru » Manşet » Təzə padşah Naxçıvanı KÖHNƏ ÜSULDA İDARƏ EDİR... - Vasif Talıbova şükür oxumaqdan da keçib...

Təzə padşah Naxçıvanı KÖHNƏ ÜSULDA İDARƏ EDİR... - Vasif Talıbova şükür oxumaqdan da keçib...

Təzə padşah Naxçıvanı KÖHNƏ ÜSULDA İDARƏ EDİR... - Vasif Talıbova şükür oxumaqdan da keçib...
Naxçıvanda köhnə hamam... köhnə tas... Fuad Nəcəflinin Naxçıvanın rəhbərliyinə gətirilməsi belə heç nəyi dəyişmədi. DİA.AZ olaraq bu barədə yetərincə faktları təqdim etmişik. Bir-iki kosmetik dəyişiklik, bir-iki kadr islahatı və... vəssalam, şüttəmam... Bununla da Fuad Xan işini bitirib.

Dəyişiklik bir yana, az qala hər addımda Vasif Talıbovun ölənlərinə ağız dolusu rəhmət oxutduran Fuad Xanın köhnə üsula istinad etməsini elə tanınmış jurnalist, əslən Naxçıvandan olan Heydər Oğuz da təsdiqləyir. Jurnalist bir-bir faktları da təqdim edir:

Təzə padşah Naxçıvanı KÖHNƏ ÜSULDA İDARƏ EDİR...

"Görünən budur ki, Naxçıvanın yeni rəhbərliyi köhnə narazılardan bir neçə nəfərin üzünə gülümsəyib. Onlar da bu iltifata laqeyd qalmayıb, təzə rəhbərliyin atəşin tərəfdarına çevrilib piarı ilə məşğul olurlar. Bəs, əli kimlərinsə ətəyinə çatmayan zavallı naxçıvanlılar nə edir?
Elə bilirəm bu sualın ən yaxşı cavabı redaksiyamıza göndərilən kiçik bir məktubda öz əksini bütün çılpaqlığı ilə tapıb".

Jurnalistin təqdim etidyi ikinci istinad faktı isə budur:

Təzə padşah Naxçıvanı KÖHNƏ ÜSULDA İDARƏ EDİR...

"Ordubad Vasif "xan" ənənələrinə sadiqliyi ilə seçilən rayonlardandır. Rayon rəhbərliyi idarələrə gizli təlimatlar göndərib bütün kollektivin bir nəfər kimi iməcliklərə gəlməsini tələb edir".

***

Biz isə Fuad müəllimə öz növbəmizdə uğurlar, ən əsası isə XANLIĞININ daha da möhkəm olmasını diləyirik...

***

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləyə bilərik.