Şəfəqə Doğru » Manşet » Paşinyan Kərki kəndinin Azərbaycana məxsusluğunu bir daha təsdiqlədi və...

Paşinyan Kərki kəndinin Azərbaycana məxsusluğunu bir daha təsdiqlədi və...

Paşinyan Kərki kəndinin Azərbaycana məxsusluğunu bir daha təsdiqlədi və...

Ermənistanın baş naziri Nikol Paşinyan Moldovada erməni icmasının nümayəndələri ilə görüşündə iki ölkənin ərazisində sovet dövründə mövcud olmuş erməni və Azərbaycan anklavları problemini çox da şişirtməməyə çağırıb. 

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Qazeta.ru məlumat yayıb.

 

“Tiqranaşen (Kərki- Ermənistan SSR ərazisindəki keçmiş Azərbaycan anklavı) haqqında... Biz siyasi müstəvidə orada Kərkinin  olmasından çıxış edirik. Biz deyirik ki, hüquqi əsaslara baxmalıyıq. Siyasi mənada 1975-ci il xəritəsinə görə Kərkinin Azərbaycana aid olduğu ortaya çıxarsa, bizim heç bir problemimiz yoxdur. Azərbaycanın Artsvaşeni (Başkənd-Azərbaycan SSR ərazisindəki keçmiş Ermənistan anklavı) qaytarıb Kərkini almaq istəməsi fakt deyil. Amma belədirsə, mən istəyirəm ki, bu məsələnin əhəmiyyətini çox da şişirtməyək”, - deyə Paşinyan bildirib.

 

Erməni icma nümayəndələrindən biri Kərki kəndinin Azərbaycana keçəcəyi təqdirdə İrəvandan Vayots Dzor və ondan kənara gedən yolda problem yarana biləcəyindən narahatlığını bildirib.

 

Ermənistan baş naziri bildirib ki, Ermənistan üçün həll olunmayan nəqliyyat problemi yaradacaq elə bir anklav yoxdur. Hansısa yol belə keçə bilmirsə, elə də keçə bilər, problem yoxdur. Əslində biz yol şəbəkəmizi o qədər inkişaf etdirmişik ki, hansısa problem yarana bilməz”.