Şəfəqə Doğru » Manşet » Danışıqlar baş tutmadı - Rusiya vilayətində döyüş davam edir

Danışıqlar baş tutmadı - Rusiya vilayətində döyüş davam edir

Danışıqlar baş tutmadı - Rusiya vilayətində döyüş davam edir

Kreml könüllülərin Belqorod vilayətinin sərhədyanı ərazilərində reydlərinə necə reaksiya verəcəyini bilmir.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

İnstitut Ukrayna ilə sərhəddən 3.5 km məsafədə yerləşən Novaya Tavolyanka kəndi ərazisində “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionunun varlığını təsdiqləyib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da kənd yaxınlığında gedən döyüşlər barədə məlumat verib.

“Rusiyanın ziddiyyətli cavabları və Belqorod vilayətindən reydlə bağlı gələn xəbərlər Kremlin bu transsərhəd reydlərə necə reaksiya verəcəyinə hələ qərar vermədiyini sübut edir”, - məlumatda bildirilir.

ISW bu gəlişmə ilə bağlı Rusiya rəhbərliyinin təbliğatına diqqət çəkir: bəziləri əhalini sakitləşdirməyə çalışır, digərləri isə əksinə, Rusiyanın salamat qalması üçün müharibə aparması tezisini dəstəkləyir.