Şəfəqə Doğru » Manşet » Qazax rayon mərkəzi xəstəxanasında "anestezist həkim yoxdur" iddiası

Qazax rayon mərkəzi xəstəxanasında "anestezist həkim yoxdur" iddiası

Qazax rayon  mərkəzi  xəstəxanasında "anestezist  həkim yoxdur" iddiası

   Dünən redaksiyamıza daxil olan bir məlumatda bilidirilir ki, Qazax rayon 1 saylı məktəbin həyətində, həmin məktəbin texniki işçisi, soyadını öyrənə bilmədiyimiz, Vüqar adlı şəxs hündür  gilas ağacından  yıxılıb.  Nəticədə həmin şəxsin ayağı omba qismindən  sınıb. Təcili yardım xidmətinin çağırılmasıyla Vüqar şəhər mərkəzi  xəstəxanasına  çatdırılıb. Lakin, mənbənin  bildirdiyinə görə, xəstə  dünəndən bu günə kimi anesteziya edilmir. Səbəb kimi isə xəstəxanada anestezist həkimin olmaması göstərilib. Məlumata görə zədəli şəxs  eyni səbəbdən  əməliyyata da alınmayıb.  


  Hadisəylə  əlaqədar, mərkəzi xəstəxananın hüquqi şöbəsinin müdiri  Pərvin  Əhmədovla  əlaqə saxladıq. O isə, xəstəxanada anestezist həkimin  olmaması barədə verilən məlumatın əsassız olduğunu və hal-hazırda xəstənin əməliyatda olduğunu bildirdi. "Hadisə barədə aidiyyati qürumların məlumatı varmı" sualına isə,:- "Bəli polis şöbəsinə bildirmişik ,əməliyyatdan sonra  yəqin ki, gəlib izahatını alarlar" deyə ,cavablandırdı.  Məktəbin texniki işçisi olan Vüqar iş saatında hansı məcburiyətdən   gilas dərməsi  isə bir başqa mövzudur.  Güman ki,  sözügedən   məktəbin rəhbərliyi  tərəfindən bu  barədə  ətraflı açıqlama veriləcək.

Qeyd: "Şəfəqə Doğru" mətbu orqanı olaraq məqalədə adıçəkilən şəxslərin və qurumların mövzuyla  bağlı fikirlərini dərc etməyə hazırıq!

 Neymət Novruzlu.