Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Shafaqadogru.com “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Qusev açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən, PUA-nın mənzillərin eyvan və pəncərələrinə ziyan vurduğunu görmək mümkündür. Hazırda hadisənin detalları araşdırılır.