Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsindəki istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunublar.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.