Şəfəqə Doğru » Manşet » “Laçın” postunda yaralanan hərbçimiz: “Düşmən atəş açarkən biz silahsız idik” — FOTOLAR

“Laçın” postunda yaralanan hərbçimiz: “Düşmən atəş açarkən biz silahsız idik” — FOTOLAR

“Laçın” postunda yaralanan hərbçimiz: “Düşmən atəş açarkən biz silahsız idik” — FOTOLAR
Ermənilərin iyun ayının 15-də “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində sərhədçimiz yaralanıb.

Ermənistan tərəfinin təxribata əl ataraq, atəşkəsi pozması nəticəsində yaralanan hərbçimiz Elşən Rüstəmov Trend-ə açıqlama verib.

O bildirib ki, xidməti ərazimizdə üçrəngli Zəfər bayrağımızı dalğalandıran zaman düşmən tərəfi növbəti təxribata əl atıb.

“Bizə atəş açmağa başladılar. Düşmən atəş açarkən biz silahsız idik. Atəş açıldığını görüb tez mövqe tutduq. Mən mövqe tutarkən sol ayağımdan yaralandım. Mənə heyətimiz tərəfindən orada ilkin tibbi yardım göstərildi və həmin ərazidən Füzuli Rayon Xəstəxanasına təxliyə edildim. Xəstəxanada mənə lazımı ilkin tibbi müayinələr göstərildi və Bakı şəhərinə gətirildim”.

E.Rüstəmov qeyd edib ki, iki dəfə sol ayağından əməliyyat olunub.

“Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxananın tibbi heyəti və Dövlət Sərhəd Xidmətinin bütün rəhbərliyinə təşəkkür edirəm. Yaxın müddətdə ayağa qalxıb xidmətimi davam etdirəcəyəm. Sərhədçi olmağımla qürur duyuram”, - deyə sərhədçimiz bildirib.

Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan silahlı qüvvələri “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.