Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Xidmətin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
İyunun 21-i səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Qaxda 56, Balakəndə 30, Qusarda 27, Zaqatalada 21, Gədəbəydə 22, Daşkəsəndə 19, Göygöldə 13, Şərurda 11, Astarada 10, Ağdamda 9, Tovuz, Lənkəranda 8, Tərtər, Quba, Xaltan, Lerik, Naftalan, Şahbuz, Ağstafa, Şəki, Şahdağ, Zərdab,Yardımlı, İmişli, Bərdə, Sabirabad, Ordubad, Ceyrançöl, Qrız, Mingəçevir, Yevlax, Naxçıvan, Qəbələ, Göyçay, Beyləqan, Şəmkir, Gəncədə 1-7 mm–dək olub.
Yağan leysan yağışlar nəticəsində Balakən rayonu ərazisindən axan Katexçay, Zaqatala rayonu ərazisindən axan Talaçay və Qax rayonu ərazisindən axan Kürmükçaydan qısam