“Qarabağdakı mənbələrimizdən öyrəndik ki, son günlər görünməmiş sayda Rusiya helikopteri Qarabağa daxil olub-çıxır və onlar haqqında ziddiyyətli məlumatlar yayılır”.
Shafaqadogru.com xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” qəzeti yazıb.
Nəşr yazır ki, bəzi məlumatlara görə, Rusiya sülhməramlıları növbə dəyişikliyi edirlər, digər mənbələr isə vəziyyətin gündən-günə ağırlaşdığını və həmin uçaqların Qarabağda humanitar mallar, xüsusən də dərman və tibbi ləvazimatlar gətirdiklərini iddia edirlər.
Bu günlərdə də dizel yanacağı problemi ilə bağlı Xankəndindəki çörək zavodlarından əyalətlərdəki mağazalara çörək gətirildiyi bildirilir.
Məlumatda o da qeyd edilir ki, kəndlərdə məskunlaşmış hayklar taxıllarını Xankəndinə gətirib sata bilmirlər.
“Maraqlıdır ki, bu şəraitdə hakimiyyət də(separatçı-terrorçu rejim- S.L.) susur, hamı gözləmə vəziyyətindədir”- deyə erməni nəşri yazır.