ABŞ və Ukraynanın digər Qərb müttəfiqləri Kiyevdən "Vaqner" üsyanı zamanı Rusiya ərazisinə zərbə endirməkdən çəkinməyi xahiş ediblər.
Shafaqadogru.com xəbər verir ki, bu barədə CNN yazıb.
Nəşrin məlumatına görə, Qərb Moskvanın Ukraynanın bu cür hərəkətlərini Yevgeni Priqojinə yardım, Kiyev və onun müttəfiqləri tərəfindən Rusiya Federasiyasının suverenliyinə qəsd kimi dəyərləndirməyə başlamasından ehtiyat edib.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.