Şəfəqə Doğru » Manşet » Zelenski gürcü səfirə vaxt qoydu: 48 saata ölkəni tərk et!

Zelenski gürcü səfirə vaxt qoydu: 48 saata ölkəni tərk et!

Zelenski gürcü səfirə vaxt qoydu: 48 saata ölkəni tərk et!

Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Teleqram kanalında yazıb.

O bildirib ki, Saakaşvilini bu gün məhkəmə iclasına onlayn qatılarkən izləyib və onun vəziyyətindən dəhşətə gəlib:

“Kiyev dəfələrlə Saakaşvilini alçaltmağı dayandırmaq və onu Ukraynaya geri vermək üçün Tiflisə çağırış edib”.

Dövlət başçısı Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazını bildirməyi və paytaxtı ilə məsləhətləşmələr üçün 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etməyi tapşırıb:

“Bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram. Və mən tərəfdaşlarımızı çağırışlar etməyə, bu vəziyyəti gözardı etməməyə və bu şəxsi xilas etməyə çağırıram. Avropada heç bir hakimiyyət insanları edam etmək hüququna malik deyil, Avropa əsas dəyəri həyatdır”.