Moldovanın paytaxtı Kişineuda keçirilən ağırlıqaldırma üzrə Avropa birinciliyində idmançımız 3 qızıl medal qazanıb.Shafaqadogru.com xəbər verir ki, yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparan Ravin Alməmmədov birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə qızıl medal qazanıb. Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala sahib çıxıb. Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.