Şəfəqə Doğru » Manşet » Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən AÇIQLAMA — YENİLƏNİB (VİDEO)

Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən AÇIQLAMA — YENİLƏNİB (VİDEO)

Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən AÇIQLAMA — YENİLƏNİB (VİDEO)
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülər 2017-ci ildə qeydə alınıb:

“Həmin iddialarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və fakt təsdiqini tapmayıb”.

Qeyd edək ki, görüntülərin Şəki Qarışıq Tipli Uşaq Evində çəkildiyi bildirilirdi.


***
10:12


Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.

Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Belə ki, uşaqlardan biri orada şiddət gördüyünü bildirib:

“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən görüntülər paytaxt ərazisində yerləşən uşaq evlərindən heç birində çəkilməyib.